Slovakiyanın xarici işlər naziri Miroslav Layçak, 27-28 noyabr tarixlərində, Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak edəcək, sonra ATƏT-in fəaliyyətdə olan sədri kimi, 28-29 noyabr tarixlərində Donbasdakı təmas xəttinə baş çəkməklə Ukraynanın şərqinə səfər edəcək. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiya diplomatik xidmətinin xəbər nümayəndəsi Boris Qandel məlumat verib.
O bldirib ki, Layçak Bakıda həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədov tərəfindən qəbul ediləcək. Onun sözlərinə görə, bundan əlavə, xarici işlər naziri Slovakiyanın Azərbaycandakı səfirliyinin təntənəli açılışında iştirak edəcək.
B. Qandel Slovakiya XİN başçısının Azərbaycandan sonra Ukraynaya səfər edəcəyini, həmkarı Vadim Priestayko ilə birlikdə ATƏT-in vasitəçiliyi ilə demarkasiya xəttindəki piyada körpüsünün təmir olunduğu Luqansk kəndinə baş çəkəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB