Erməni deputatlar Parlamentdə oturmağa yer tapmadılar və...

Erməni deputatlar Parlamentdə oturmağa yer tapmadılar və...

Bu gün və sabah Ermənistan parlamentində İnsan Hüquqları Müdafiəçisi Aparatının 15 illiyinə həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır və bu konfransa bir çox xarici qonaqların da qatılacağı gözlənilir. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, yeni başlayan konfransın açılışı ölkənin əsas mandatı olan parlament üçün "sürprizə" çevrilib. Deputatlar oturmağa yeri tapa bilmədiklərindən konfransı tərk ediblər.

Məlumatda qeyd olunur ki, Ombudsman aparatının işçiləri tədbirə yalnız parlament rəhbərini, komitə sədrlərini dəvət ediblər və fakt budur ki, adi deputatlar zalda öz adlarını tapmadıqları üçün tələsik parlamenti tərk etmək məcburiyyətində qalıblar. Ən maraqlısı odur ki, Milli Məclisin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komitəsinin üzvlərinin də salonda oturması üçün yer yoxdur. Hamısı dəhlizlərə doluşub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə