Ermənistan vətəndaşı Moskva ətrafındakı davada ölümcül xəsarət alıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumatla istinadən xəbər verir ki, Moskva ətrafı Dubnada Ermənistan vətəndaşlarının iştirakı ilə faciəli hadisə baş verib.
Məlumatda qeyd olunur ki, şəhərdəki gecə klublarından birinin yaxınlığında baş verən döyüş nəticəsində onlardan biri, bir erməni ölümcül xəsarət alıb.
Rusiyadakı Ermənistan səfirliyinin "Facebook"-da paylaşdığı bir məlumata görə, hadisə nəticəsində Ermənistan vətəndaşı E. G. həyatı təhlükə yaradan, ölümcül xəsarətlər alıb. Digər bir vətəndaşın isə orta dərəcəli bədən xəsarətləri var.
Nəzərə çatdırırıq ki, səfirlik və erməni polisinin nümayəndəsinin Rusiyanın müvafiq orqanları ilə daim əlaqədə olduğu da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB