“Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

“Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

“Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib”. Bunu SİA-ya millət vəkili Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq iqtisadiyyatda əldə edilmiş sıçrayış Azərbaycanın keyfiyyətcə yeni, modernləşmə mərhələsinə qədəm qoymasına səbəb olub: “Ardıcıl həyata keçirilən islahatların iqtisadi potensialı daha da möhkəmləndirməsi sayəsində Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələr sırasında yer alıb. "Ən islahatçı” ölkə imicini qazanan Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadiyyatın inkişaf dinamikasını saxlamağa müvəffəq olub.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı ötən son 3 ilin göstəricilərini dəyərləndirərkən 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıraraq, 2019-cu ili həm böyük sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirdi.

Ötən illərin davamı kimi 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək, əməyin ödənişi, təqaüdlər, sosial müavinətlər, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Bütövlükdə, bundan sonra da, o cümlədən, gələn ildə də müstəqil Azərbaycan sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq. Ölkənin artan iqtisadi qüdrəti, aparılan ciddi iqtisadi islahatlar sosial islahatların dərinləşməsi bunun proqnozunu verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə