“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul olunub
Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirələri başa çatıb. SİA xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul olunub.
Azərbaycan parlamentinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2020-ci ilin yanvar ayının 1-dən ölkədə icbari tibbi sığortanın bütövlükdə həyata keçirilməsini real hesab edib: "Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Çünki “Tibbi sığorta haqqında” qanun 20 il bundan əvvəl qəbul edilmişdi. Bu sahədə illər ərzində bir çox inkişaf olduğuna görə qanunvericilik bazasına 8 maddadə 126 dəyişiklik və əlavə təklif olunub”.
Komitə sədri qeyd edib ki, layihə konseptual baxımdan I oxunuşda qəbul üçün uyğundur: “Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı təmin ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB