“Prezident çox doğru olaraq o illəri xarakterizə edib” RƏY-ÖZƏL

“Prezident çox doğru olaraq o illəri xarakterizə edib” RƏY-ÖZƏL

"Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycanın müstəqillik tarixini nəzər salması və AXC-Müsavat hakimiyyətini ölkəni dağıltmaq, xaos və anarxiyaya sürükləməsini qeyd etməsi düzgün və əsaslıdır". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, o illərdə ki, hakimiyyət əslində Azərbaycanın üzqarası idi: "Demək olar ki, AXC-Müsavat hakimiyyətində təmsil olunan insanların çoxu təcrübəsiz, naşı, yəni heç belə tutduğu vəzifələrə qabiliyyəti çatmırdı. Elə ona görə də, bu hakimiyyətin ömrü uzun olmadı. Bir sözlə, o hakimiyyətin vaxtında Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın ayaqda qalması üçün böyük təhlükələr yarandı. Yəni, Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldı. Bu bir faktdır və bunu danmaq olmaz, yəni bu bizim tariximizdir, keçmişimizdir. Prezident İlham Əliyev çox doğru olaraq o illəri xarakterizə edibdir və həmin illərdə ki, siyasi hakimiyyətdə olan qüvvələrə də çox düzgün qiymət verib. Ümumiyyətlə, bu gün heç kəsə sirr deyil ki, xaricdə olan bəzi qüvvələr Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyir və bunun üçün də daxildə olan radikal müxalifət düşərgəsində təmsil olunan şəxslərdən bir vasitə kimi istifadə edir. Amma heç vaxtı nə xarici qüvvələr, nə də ki, daxildə olan müxalifət heç vaxtı ölkəmizlə bağlı olan məkrli planı baş tutmayacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə