"Ermənistan hakimiyyəti öz mövcudluğu üçün xalqı qurban verir" RƏY-ÖZƏL

"Ermənistan hakimiyyəti öz mövcudluğu üçün xalqı qurban verir" RƏY-ÖZƏL

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistanın baş nazirinin münaqişənin həllinin “ Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ” xalqları”na məqbul olması baradə fikirləri buna bariz sübutdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq təxribatçı hərəkətlərə əl atdığını deyən deputat söyləyib ki, ölkəmizin ərazi bütövlüyünə qarşı gücdən istifadə edən Ermənistan münaqişənin həllində tərəf kimi bilavasitə məsuliyyət daşıyır: “Problemin yeganə həlli yolu beynəlxalq hüququ normaların uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdə tutulan modeldir”.

E. Məmmədov vurğulayıb ki, işğalçı dövlətin hakimiyyətinin müxtəlif təxribatlara əl atması və ya danışıqlar prosesindən yayınması Ermənistanın tənəzzülünün əsas səbəbidir: "Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. İşğalçı dövlətdə keçirilən etiraz aksiyaları zamanı vətəndaşlar bu məqamları səsləndirirlər. Amma görünən odur ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün xalqı qurban verməyə razıdır"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə