Ermənilər bilərəkdən yanlışlıq ediblər

Ermənilər bilərəkdən yanlışlıq ediblər

Noyabrın 22-də Cənubi Qafqaz Dəmir Yolu şirkətinin rəhbərliyi, şirkətin həmkarlar ittifaqı nümayəndələri, ərazi idarəetmə və infrastruktur nazirliyi və yerli hakimiyyət orqanları Gümri deposu və İrəvan hissəsinin lokomotiv komandaları ilə görüşüblərlər. SİA Ermənistana məxsus aysor.am saytında yaymlanan məlumata istinadən xəbər verir ki, iclasda müəssisənin rəhbərləri və işçiləri də iştirak ediblər.

Məlumatda qeyd olunur ki, 22-24 oktyabr 2019-cu il hadisələrinə görə, lokomotiv briqadaları əmək qanunlarına və daxili standartlara zidd olaraq işə gəlmədiklərinə baxmayaraq işçilərə qarşı intizam tədbirləri görülməyəck. İşçilərin əksəriyyətinin qəsdən yanlışlığa yol verdiklərini nəzərə alaraq şirkət Ermənistan qanunvericiliyini pozan 93 depo işçisini işdən azad etmək hüququndan istifadə etmir.

Görünür, Cənubi Qafqaz Dəmir Yolu şirkəti işçiləri azad etməkdən və nəticədə də işçisiz qalmaqdan ehtiyat edir, daha doğrusu qorxur. Əks halda 93 nəfərin işdən azad edilməsinə qərar verilərdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə