Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

YAP Astara rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünü qeyd edib

Dünən YAP Astara rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə, YAP Astara rayon təşkilatının inzibati binasının foyesində olan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, əziz xatirəsini yad ediblər.
YAP Astara rayon təşkilatının akt zalında davam edən tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 27 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində, yeni-yeni uğurlara yol açmasından danışıb.
F.Əhmədov bildirib ki, 27 il tarixi baxımından, qısa müddət olsa da, ötən illər Yeni Azərbaycan Partiyasının həyatında, müstəqil - suveren Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında özünə layiqli yer tutmasında uğurlu illər olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Firəngiz Sadıqova, YAP Astara rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Rafiq Əliyev, rayon təşkilatı gənclər birliyinin sədiri Asiman Qasımlı, MRX həkimi Fuad Səmədov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbacyan Partiyasının keçdiyi şərəfli yoldan və əldə etdiyi uğurlardan bəhs ediblər.
Sonda YAP sıralarına yeni qoşulan gənclərə partiya üzvlük vəsiqələri təqdim olunub.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə