Şəmkirdə Korrupsiyaya Qarşı Mübarizə Fondu regional müşavirə keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə fondun icraçı direktoru Vasif Mövsümov başda olmaqla yerli hüquq-mühafizə orqanı əməkdaşları, dövlət məmurları, ictimaiyyət nümayəndələri iştirak edib.
Müşavirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərindən və bu istiqamətdə ictimaiyyət nümayəndələrinin fəal olması qeyd olunub. Bildirək ki, müşavirədə dövlət tərəfindən korrupsiya ilə mübarizə istiqamətində qəbul olunan qanunlar, hazırlanan milli strategiya haqqında əhalinin daha cox maarifləndirilməsinin əhəmiyyətindən danışılıb. Eyni zamanda sözügedən qanunların icraasına ictimai nəzarəti artırmağın lazım olduğu vurğulanıb.
Müşavirədə qərara alınıb ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında birgə fəaliyyət təmin edilsin. Statistik məlumatlara görə son illərdə Korrupsiyaya Qarşı Mübarizə Fonduna edilən müraciətlərin sayı artıb.
Şikayətlər əsasən sahibkarların işinə qeyri-qanuni, yersiz müdaxilə halları, müxtəlif dövlət sənədlərinin vətəndaşlara verilməsində süründürməçilik, reystr, gömrük, ünvanlı sosial yardımların verilməsi kimi sahələri əhatə edib.
Şikayətlərin artması ilə yanaşı, dövlət orqanlarında bu şikayətlərə baxılması və yaranan problemlərin müsbət həlli də çoxalıb. Fonda daxil olan şikayətlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və digər aidiyyəti təşkilatlara göndərilib.
Müşavirənin nəticələri bir daha müzakirə olunacaq. Analoji tədbirlərin başqa rayonlarda da təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB