"YAP-a axın günü-gündən çoxalır" ÖZƏL-MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyası 27 ildə şərəfli inkişaf yolu keçmiş ən nüfuzlu Azərbaycanın siyasi partiyasının əsas güc mərkəzinə çevrilib. Ümumilli lider Heydər Əliyevin ideyaları, qətiyyəti və uzaqgörənliyi ilə yaradılan YAP ölkmizin ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoydu". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, durmadan Ulu Öndər YAP-ın sədri Heydər Əliyevin ətrafına nüfuzlu, hörmətli insanlar, alimlər, elm xadimləri toplaşdı: "Az müddətdə güclü monolit və mütəşəkkil siyasi qüvvəyə çevrildi. Qısa müddətdə Azərbaycan xalqının çoxsaylı müraciətləri və təkidi ilə hakimiyyətə gəldi. Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Ölkədə baş verən hərmərcliklər və özbaşnalıqlara son qoydu. Ölkənin inkişaf proqramı hazırlandı və uğurla həyata keçirildi. Nəticədə ölkəmiz inkişaf etdi. Bu gün də möhtərəm Prezidentimizin rəhbərliyi ilə sürətli inkişaf mərhələsindədir. Ulu Öndərin müəyyənləşdirdiyi kurs uğurla davam etdirilir.

YAP-ın Ulu Öndərin yaratdığı partiya olduğunu, ölkəmizin ictimai-siyasi həyatdakı rolunu və möhtərəm Prezidentimizin sədrliyi və nüfuzunu görən hər bir Azərbaycan vətəndaşı partiya sıralarına üzv olurlar. Bunların arasında gənclərin axını daha çoxdur. Ulu Öndər tərəfindən gənclər həmişə yüksək qayğı ilə əhatə olunublar. Bu gün də gənclərin Lideri hörmətli Prezidentimiz gənclərə böyük diqqət və qayğı göstərir. Bu həyata keçirilən gəncləşmə siyasətində özünü büruzə verir.

YAP üzvlərinin sayı 750 mini ötüb. Bu onu göstərir ki, partiyaya axın günü-gündən çoxalır. YAP ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkənin inkişafına da öz töhfəsini verməkdədir. Gənclərə etibar edilir, etimad göstərilir. Gənclərimiz də bütün sahələrdə onlara göstərilən etimadı doğruldurlar. YAP sıralarındakı monolitliyi, möhtəşəmliyi, nüfuzu görürlər. Partiyanın sədri cənab İlham Əliyevə inanırlar, etibar edirlər. Budur əsas münasibət".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə