Baradeyi seçkilərə qatılmaq üçün şərt qoydu

Baradeyi seçkilərə qatılmaq üçün şərt qoydu

Prezidentliyə namizəd olacağını açıqlayan Misir müxalifətinin lideri Məhəmməd Əl Baradeyi hazırkı liderlərin təklif etdiyi islahatlar deyil, ölkəyə gerçək bir demokratik sistemin gətiriləcəyi halda prezidentlik yarışına qatılacağını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, 19 martda keçiriləcək konstitusiya dəyişikliyi referendumunda "xeyr" səsindən istifadə edəcəyini bildirib. Müxalifət lideri hesab edir ki, ölkəyə tamamilə yeni bir konstitusiya lazımdır.

 

Baradeyi "bu konstitusiya dəyişikliyinə səs verməyəcəyəm" deyərək qeyd edib ki, mövcud konstitusiyaya düzəlişlərin edilməsi inqilaba təhqir olacaq. Misirə demokratiya gətirmək üçün edilən konstitusiya dəyişikliklərin "süni" olduğunu ifadə edən Baradeyi ölkənin ordu səlahiyyətlilərinə referendumu təxirə salması üçün çağırış edib. Baradeyi konstitusiya dəyişikliklərinin respublika başçısının səlahiyyətlərini məhdudlaşdırmadığını və siyasi partiyalara seçkilər üçün kifayət qədər zaman vermədiyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə