ATƏT-in fəaliyyətdə olan sədri: "Soçi görüşü münaqişənin həlli üçün müsbət qərarlara köməklik göstərə biləcək"
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və qurumun sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, ATƏT sədrinin Minsk Qrupu həmsədrləri ilə görüşündə münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühitinin yaradılması və atəşkəs rejiminə riayət etmək məsələləri həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin koordinasiya olunması mexanizmləri də müzakirə olunub.
ATƏT-in fəaliyyətdə olan sədri görüşdən sonra açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünün münaqişənin həlli üçün müsbət qərarlara köməklik göstərə biləcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB