Ermənistanın kənd təsərrüfatı sahəsində sürətli azalma davam edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır. Qəzeti yazır ki, Ermənistanda kənd təsərrüfatı sahəsində sürətli azalma qeydə alınmaqda davam edir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayında kənd təsərrüfatı məhsulları 4,8 faiz azalıb. Ötən ilə nisbətən əsas eniş məhsul istehsalı sahəsində qeydə alınıb və bu sahədə də 7% azalma müşahidə edilib.
Aqrar-Kəndli Birliyinin sədri Qraç Berberyan sözügedən nəşrin müxbirinə verdiyi müsahibədə qeyd edib ki, bu il, məhsul istehası üçün əlverişsiz olub və azalmalar da labüddür. Bəzi məhsulların istehsalında hətta 30 faiz də azalma olub.
"Joxovurd" qəzeti öz mənbələrinin köməyi ilə aşkar edib ki, bu il fermerlərə əvvəllər olduğu kimi yanacaq, toxum və ümumiyyətlə heç nə verilməyib. Belə olan halda məhsul istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində sürətli azalma labüddür və Ermənistanda bu azalmanın hələ bundan sonra daha böyük sürətlə müşahidə ediləcəyi təkzib edilə bilməz. Çünki, kənd təsərrüfatı və məhsul istehsalında Ermənistanda dinamik azalma tendensiyası artıq çoxdan start götürüb və bu da öz növbəsində azalma kimi müvafiq nəticələr vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB