Səfər çərçivəsində diplomat ilk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bağlı qapılar arxasında, mətbuat nümayəndələrinin buraxılmadığı görüş təxminən 1 saat davam edib.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin görüşlə, eyni zamanda şəhər haqqında təəssüratlarını bölüşüb.
Qeyd edib ki, Gəncə özündə qədim tarixin izlərini yaşatsada, həmçinin müasir, iqtisadi cəhətdən inkişaf edən şəhərdir: "Gəncə şəhərinə yeni təyin edilən icra başçısının ilk əcnəbi qonağı olduğum üçün də çox sevinirəm. Bir sıra məsələləri müzakirə etdik. Xüsusən Azərbaycan-Rusiya əlaqələrinin inkişafında Gəncə şəhərinin rolundan danışdıq. Çalışmalıyıq ki, iki dövlətin genişlənən əlaqələrini vətəndaşlar da hiss etsin və bu əlaqələrdən öz mənfaeləri üçün istifadə edə bilsinlər".
Rəsmi görüşdən sonra diplomat Gəncənin 4 saylı orta məktəbinə baş çəkib. Bildirək ki, sözügedən təhsil ocağı əsasən rus dilli təhsil müəssisəsidir. Burada rus dilinin tədrisi, şagirdlərin bilik səviyyəsi ilə maraqlanan diplomata məlumat verilib ki, təhsil ocağını bitirən şagirdlərin əksəriyyəti ali məktəblərə qəbul olunub.
Sonra diplomat Gəncə Avtomobil Zavodunda olub. Vladimir Doroxinə müəssisənin istehsal gücü, beynəlxaq əlaqələri barədə ətraflı məlumat verilib.
Səfirin diqqətinə çatdırılıb ki, burada iri tutumlu yük avtomobilləri yığılır. Hazırda zavod Belarus və Almaniya şirkətləri ilə əlaqələrini genişləndirib. Müəssisə Rusiyadakı avtomobil zavodları ilə də əməkdaşlığı genişləndirmək əzmindədir.
Bununlada Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Gəncəyə səfəri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB