ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov izləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB