“Xalq müxalifəti qətiyyətlə rədd edir” RƏY-ÖZƏL

"Bu bir faktdır ki, müxalifətin dağıdıcı qanadı qanun çərçivəsində müxalifətçilik edə bilmir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, xarici maraqlı dairələr qarşısında itirmiş nüfuzlarını bərpa etmək üçün bu cür anormal addımlar addımlar atırlar: "Ancaq müxalifət düşərgəsini təmsil edən şəxslərin qanunsuz aksiyalar keçirmələri onları daha da gözdən salır. Çünki xalq sakitlik istəyir. Bunları isə şəhərin mərkəzində ictimai siyasi sabitliyi pozmaq üçün hər cür vasitələrə əl atırlar. Yaxşı olardı ki, müxalifət bu cür hərəkətlərindən əl çəksin. Müxalifət bu günə qədər bir çox aksiyalar keçirib, amma hər dəfə də uğursuzluğa düçar olublar. Çünki xalq müxalifəti dəstəkləmir. Ölkədə adını siyasətçi qoyan hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. O cümlədən də, müxalifətin də missiyasi ondan ibarətdir ki, öz nizamnamələri və ölkədə mövcud olan qanunlar çərçivəsində fəaliyyət göstərsinlər. Yaradılan şərait o demək deyil ki, müxalifət qanunsuz aksiyalar keçirsin. Müsavat AXCP-nin bəhsinə, AXCP-də Müsavatın bəhsinə pozuculuğa hesablanan aksiyalar keçirilər. Bütün bunların hamısı özlərini reklam etmək məqsədi daşıyır, ancaq uğursuz cəhddir. Xalq onları qətiyyətlə rədd edir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə