Neftin qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, buna səbəb dünya bazarına nəql olunan Liviya neftini kompensasiya etmək üçün bəzi OPEK ölkələrinin "qara qızıl" hasilatını artırmasının mümkünlüyü ilə bağlı məlumatlar olub.
Martın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,42 dollar və ya 0,4 faiz azalaraq 1 barelə görə 105,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,98 dollar azalaraq 113,06 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB