Erməni politoloq nəyə görə Sergey Lavrova meydan oxudu? HƏYASIZLIQ
“Rusiya Qarabağ münaqişəsinin nizamlanmasını istəmir. Əks halda onlar Stalin konsepsiyasından və Rusiya yanaşmasından, ümumiyyətlə təxribatlardan və intriqalardan imtina edərdilər”. SİA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana iki gün əvvəlki səfəri zamanı verdiyi bəyanatları şərh edən erməni politoloq Levon Şirinyan erməni mətbuatına istinadən bildirib.
Sergey Lavrov Yerevanda keçirdiyi brifinqdə bildirib ki, münaqişənin nizamlanması Dağlıq Qarabağ əhalisinin razılığı olmadan mümkün deyil. Onun sözlərinə görə, aydındır ki, Ermənistan heç vaxt Dağlıq Qarabağı qane etməyən həll variantına razılıq verməyəcək. O, Dağlıq Qarabağ separatçılarının atəşkəs razılaşmasının əldə olunmasında iştirakını xatırladıb, amma deyib ki, daha sonra Ermənistan prezidentlərindən biri danışıqlarda Dağlıq Qarabağı Yerevanın təmsil edəcəyinə qərar verib.
Levon Şirinyana görə, Rusiya “ancaq pantürkizmə görə” tamamilə Azərbaycanın tərəfinə keçmir. Daha sonra o, həyasızcasına ultimatum verib: “Əgər onlar (Rusiya tərəfi – red.) özlərini bizim müttəfiq hesab edirlərsə bunun bir sübutu ola bilər-təsdiq etmək ki, Dağlıq Qarabağ Ermənistandır, nöqtə”.
Xatırladaq ki, Sergey Lavrov bundan əvvəl Soçidəki Valday klubunda Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” bəyanatını tənqid edib. Bunu danışıqlara zərbə vuran yanaşma adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB