"Paşinyan boş-boş danışır, deməyə sözü yoxdur" Erməni iş adamları

Ermənistanın “İrates” qəzetinin yazdığına görə, ölkənin baş naziri Nikol Paşinyan Los-Ancelesə səfəri zamanı erməni kilsəsini ziyarət etməyib və bu məsələ nəinki keşişləri və apostolları, eləcə də sadə dindar erməniləri hiddətləndirib. “Mitinqdə iştirak edir, lakin kilsəyə daxil olmağı lazım bilmir”, deyə Los-Ancelesin erməni kilsəsinin ruhanisi erməni keşişləri ilə keçirilən toplantıda bildirib.

SİA xəbər verir ki, bu barədə yazan erməni nəşri digər maraqlı hadisəni də xatırladıb. Belə ki, həmin keşiş onu da məlumat verib ki, Nikol Paşinyan ABŞ-ın erməni iş adamları ilə görüş keçirərkən, onların bir qismi salonu tərk ediblər. Onlar belə bir arqument irəli sürüblər ki, orada oturmaq lüzumsuz vaxt itkisidir. “Boş-boş danışmaqdır, onun deməyə sözü yoxdur”, deyə Paşinyana xitabən bildirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...