Liviyadan Türkiyәyә gәtirilәn 340 suriyalı ölkәlәrinә göndərilib

Liviyadan Türkiyәyә gәtirilәn 340 suriyalı ölkәlәrinә göndərilib

Liviyadan Türkiyәyә gәtirilәn 340 suriyalı, Hatayın Yayladağı qәsәbәsi sәrhәd qapısından ölkәlәrinә gedib.

SİA-nın xəbərinə görə, Liviyanın Misurata limanından Panama bayraqlı yük gәmisi ilә Marmarisә çatan Suriyalılar, avtobuslar ilә Hataya aparılıblar.

Suriyalı karvanı Yayladağı qәsәbәsindә Hatay icra hakimiyyәt başçısı müavini Orxan Mardinli vә digәr rәsmilәr qarşılayıblar.

Sәrhәd qapısına gәlәn Suriyanın Lazkiyә şәhәrinin hakimiyyәt başçısı Riyad Hicab, "Türkiyә vәtәndaşlarımıza qovuşmamız üçün әlindәn gәlәn yardımı etdi. Bunun üçün minnәtdarıq. İki ölkә arasındakı bu gözәl әlaqәlәrin hәr sahәdә davam etmәsini istәyirik" deyib

Bütün xəbərlər Facebook səhifəmizdə