"Əl-Cəzirə" televiziyasının ünvanına təriflər yağdıran ABŞ xarici işlər naziri Hilları Klinton ölkəsinin televiziya kanallarının öz vətəndaşlarını təmin edən verilişlər hazırlaya bilmədiyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, H.Klinton Orta Şərq və Şimal Afrikanı təsiri altına alan inqilab dalğasının başlıca faktorları arasında göstərilən "Əl-Cəzirə" kanalının ərəb coğrafiyasında insanların zehinlərinə və davranışlarına təsir etməkdə lider olduğunu bildirib.
ABŞ-ın xarici işlər naziri "bəyənsəniz də, bəyənməsəniz də kanalın gerçək bir təsiri var" deyib. Rusiya və Çinin də ingiliscə yayımlanan televiziya kanalları açdığına diqqət çəkən Klinton ABŞ-ın qlobal ölçüdə informasiya müharibəsini uduzmaqda olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB