İrəvanda polis binasını ələ keçirən qrup “bu” nu təkrar etməyə hazır olduğunu bildirib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Qarabağ müharibəsi veteranı və 2016-cı ildə İrəvanda patrul xidmətinin binasını ələ keçirən Sasna Srer silahlı dəstəsinin lideri, Pavel Manukyan məhkəmədə qrupun vətənini itirmək problemi ilə üzləşdiyini və hərəkətlərinin düzgün olduğunu bildirib və lazım olduqda yenidən edəcəklərini bəyan edib.
Manukyanın sözlərinə görə, könüllü dəstə şəklində sərhədə getməyə hazır idilər və bunun üçün Dağlıq Qarabağın qondarma Müdafiə Nazirinə müraciət etsələr də, ancaq onlardan imtina edilib.
“Vətənimizi itirmək problemi ilə üzləşdik və düzgün işlər gördük. Lazım olarsa, xalqa qarşı terror varsa bunu yenidən edərik. Beləliklə, əziz xanımlar, ərlərinizin qatilləri burada deyil”, deyə məhkəmədə Manukyan bəyan edib.
Xatırladaq ki, 17 iyul 2016-cı ildə bir qrup silahlı Ermənistan polisinin PPS alayının ərazisinə gələrək, o zamankı prezident Serj Sarkisyanın istefasını və qurucu müxalifətçi "Qurultay Parlamenti" lideri Jirair Sefilyanın həbsdən azad edilməsini tələb edərək orada saxlanılanları təhdid edib. PPX alayının tutulması və sonrakı hadisələr zamanı 46 nəfər yaralanıb. Üç polis öldürülüb, on nəfər müxtəlif vaxtlarda bir qrup tərəfindən tutulub, yeddisində isə müxtəlif dərəcəli ağır silah yaraları var. Qurbanlardan 7-si tibb işçisidir. İyulun 31-də qrupun 20 üzvü silahlarını təslim edib və həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB