Ötən gün "Tospiya" restoranında bütün Ermənistan məhkəmələrinin sədrləri toplaşıblar. Problem Ermənistan Kassasiya Məhkəməsi ilə Ali Məhkəmə Şurası arasındakı fikir ayrılığıdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən yazır ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin yazdığına görə, Kassasiya Məhkəməsinin rəhbəri Ervand Xundkaryan sübut etməyə çalışıb ki, Ali Məhkəmə Şurası onlara nə edəcəyini və necə edəcəyini əmr verə bilməz. Restorandakı hakimlərin görüşündə yalnız bir sual müzakirə edilib ki, o da məhkəmə sədrləri Şurasının bərpası və Ali Məhkəmə Şurası ilə tarazlığın yaradılması olub.
“Joxovurd” qəzeti ilə söhbətində Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan hakimlərin görüşdüyünü və bu iclasda iştirak etdiyini təsdiqlədiklərini, hətta Xundkaryanın təşəbbüsünü alqışladığını, lakin Ali Məhkəmə Şurası və Kassasiya Məhkəməsinin qarşı tərəf olmadığını bildirib.
"Mən özüm məhkəmələrin sədrlərini narahat edən məsələlərin vahid rəy formalaşdırılması üçün ümumiləşdirilməsini tələb etdim", deyə Ruben Vardazaryan nəzərə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB