"“Freedom House”un ittihamları absurddur, böhtandır" ÖZƏL-MÜNASİBƏT
“Freedom House” təşkilatının dünya ölkələrində internet azadlığı ilə bağlı hesabatında ölkəmizi 65 ölkə arasında 48-ci pillədə göstərməsi reallığı və həqiqəti əks etdirmir. İlk növbədə sual yaranır ki, hansı indikatorlar əsasında bu kimi hesabat hazırlanmışdır? Ölkəmizin mövqeyinin heç də yaxşı mövqedə əks olunmaması fikrimcə “Freedom House”un hər zamankı qərəzli münasibətinin daha bir ifadəsidir". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, hər bir azərbaycanlı, eləcə də ölkəmizə gələn istənilən turist ölkədə internetin səviyyəsinin, internet azadlığının istələn dünya dövləti ilə müqayisəsini apara bilər: "Ümumilikdə Azərbaycanda internet azadlığına heç bir məhdudiyyət yoxdur və bu məhdudiyyəti kimsə təsəvvür belə etmir. Ölkəmizin rəhbəri birmənalı olaraq internetin daha da geniş yayılmasında qəti mövqeyini hər zaman ortaya qoyub və ölkəmiz ən yeni və müasir texnologiyalarla bu prosesi daha da genişləndirməkdə davam edir. Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir və bu göstərici hər il artmaqdadır. Maraqlıdır ki, haqqında danışdığımız “sorğu”da qonşu Gürcüstan 25-ci, Ermənistan isə 27-ci mövqedə qərar tutub. Yəqin ki, elə bu göstərici hesabatın qərəzini bir daha göstərir.
Digər tərəfdən bu sifarişçi hüquq müdafiə təşkilatı bağlı absurd, həqiqətdən uzaq və böhtan xarakterli növbəti açıqlamalarla Azərbaycanda internet azadlığını xarakterizə edir. İnternet azadlığına maneə olaraq ölkəmizdə siyasi, sosial və dini tərkibli məlumatların bloklanması, bloggerlərin və internet istifadəçilərinin baxışlarına görə təqib edilməsi, tənqidi yazılara görə istifadəçilərə texniki basqılar edilməsi kimi mənasız ittihamlar səslənir. Halbuki, elə “Freedom House”u himayə edən siyasi dairələrinin birbaşa dəstəyi, himayəsi ilə dövlət başçımıza, iqtidar nümayəndələrinə qarşı Avropadan idarə olunan söyüş terroru kampaniyası zamanı belə dövlətin internetə məhdudiyyət tətbiq etməməsi, əksinə bu kimi mənəviyyatsız üsullarla mübarizəyə dözümlü yanaşma ortaya qoyması uzaq olmayan tarixdir. Hansı təqibdən və basqıdan söhbət gedə bilər ki, sosial şəbəkələrdə radikal müxalifət hər gün istədiyi kimi təhqirlər səsləndirməkdə davam edir və kimsə bu cür hallara görə saxlanılmayıb və ya həbs olunmayıb. Deməli, Azərbaycanda internet azadlığı ilə bağlı “Freedom House”un ittihamları absurddur, böhtandır və ölkəmizə qarşı növbəti təzyiqdən başqa bir şey deyildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB