“Müxalifətin birlik modeli baş tutmayacaq” RƏY-ÖZƏL

“Müxalifətin birlik modeli baş tutmayacaq” RƏY-ÖZƏL

"Müsavat qərargahında bir qrup müxalifət nümayəndəsinin birlik yaratması ideyası ilə toplantı keçirməsinin mətbuatdan, sosial şəbəkələrdən izlədim". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, onlar tərəfindən keçirilən bu tədbirə cəmiyyətin münasibəti olduqca birmənalı deyil: "Yəni cəmiyyət ümumiyyətlə belə baxanda keçirilən bu görüşünə çox belə soyuqqanlı yanaşdılar, inamsız yanaşdılar, yəni müxalifət düşərgəsini təmsil edən bu şəxslərə inamsızlıq var. Çünki onların hər birinin arxasınca bir qara şleyx gedir. O şleyx uzun illərdir onların arxasınca sürünür. Nəyə görə onların arxasında şleyx quyruq uzanıb gedir? Çünki adları çəkilən bu şəxslərin heç biri vaxt ilə verdikləri vədləri yerinə yetirməyiblər və hakimiyyətdə olduqları zaman heç vaxt inkişafa doğru bir addım atmayıblar və müxalifətdə də olanda həmişə bir-birlərini qırıblar. Demək olar ki, həmişə ölkədə seçkilər keçirilən zaman müxalifət tərəfindən nə isə bir birlik yaratmaq ideyası ortaya atılır. Bir sözlə, hər zaman müxalifət tərəfindən bu cür birliklər yaradılıb, amma çox keçmədən onlar tərəfindən yaradılan bur birliklər dağılıb. Bu birliklərin dağılmasının başlıca səbəbi də onların bir-birini üstün tutması və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Yəni dost kimi bir araya gələrək birlik yaradan müxalifət çox keçmədən düşmənə çevrilir və yaratdıqları birlikləri də bir birini günahkar çıxararaq dağıdırlar. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən şəxslər arasında olan bu antiqanist ziddiyyətlər heç də sovrulmayıbdır və o ziddiyyətlər aradan qaldırılmayıbdır. Nə qədər ki, müxalifət təmsilçiləri arasında bu ziddiyyətlə mövcuddur onların yaratdıqları birliklərdə iflasala nəticələnəcək. Bir sözlə, bu birlikdə əvvəlki birliklərindən heç nə ilə fərqlənməyəcəkdir və daha tez dağılan birlik olacaqdır. Hər dəfə müxalifət arasında bu cür birliklər yaradılıb, amma sonda nəticə sıfıra bərabər olub. Yəni nəticə yenidən onlar bir-birləri ilə münaqişəyə girişiblər və hətta bu münaqişə çox ciddi konflektlərə gətirib çıxarıb. Ona görə də, mən də siyasətlə məşğul olan bir insan kimi adları çəkilən qüvvələrin bu birliklərinə inanmıram. Çünki bu insanlar artıq siyasi baxımından tükəniblər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə