Ərdoğan ABŞ-ı razılığı yerinə yetirməməkdə günahlandırdı

Ərdoğan ABŞ-ı razılığı yerinə yetirməməkdə günahlandırdı

Türkiyə prezidenti Tayyib Ərdoğan, ABŞ-ın Suriyanın şimalındakı təhlükəsizlik bölgəsində kürd qüvvələri ilə ortaq patrul işləri apardığını və bunun Türkiyə-Amerika razılaşmalarına zidd olduğunu söyləyib. SİA-nın xəbərinə görə, Ərdoğan jurnalistlərə deyib: " Bu gün Rusiya ilə razılığımız çərçivəsində ikinci ortaq patrul başladı. Təəssüf ki, ABŞ ayrı-ayrılıqda YPG terror qruplaşması (Suriya Kürd Özünümüdafiə Qüvvələri) ilə patrul işləri aparır. Ancaq ayrılmalı idilər! ABŞ bunu necə izah edəcək? Razılığımızda belə bir şey yoxdur".

Qeyd edək ki, ABŞ və Türkiyə oktyabrın 17-də Suriyada hərbi əməliyyatını 120 saat dayandırması, kürd qüvvələrinin Ankaranın öz nəzarətində saxlamağı planlaşdırdığı Türkiyə-Suriya sərhədindəki 30 km-lik bufer bölgəsindən çıxarmaq barədə razılığa gəliblər. Atəşkəs 22 oktyabr çərşənbə axşamı günü başa çatdı. Ərdoğan daha sonra ABŞ-ın Suriya sazişlərinə görə Türkiyədəki öhdəliklərini tam yerinə yetirmədiyini, Ankaranın güzəştə getməyə hazır olmadığını açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə