Sadəcə, o günləri ABŞ-da erməni lobbisinin təşkil elədiyi tədbirdə iştirakına görə yazdım...
Azərbaycan xalqının milli azadlıq hərəkatı dövründə yaranmış AXC (Azərbaycan Xalq Cəbhəsi) sonradan - ölkəmiz müstəqillik əldə etdikdən sonra siyasi partiyaya çevrilərək, AXCP adı altındakı təşkilat kimi fəaliyyətini davam etdirməyə başladı. Ümumiyyətlə, həmin dövrlərdə ard-arda yaranan bir sıra partiyalar ölkədə siyasi ab-havaya qoşulmağa, bu ba-havanın daxilində fəaliyyətə başladlar. Lakin məsələ yalnız bunda deyil. Belə ki, xalqın milli azadlığı fonunda yaranan Xalq Cəbhəsinin (hansı ki, AXC, hazırkı AXCP-dən fərqli olaraq bir tarixə çevrilmişdir R.N.) adını özünküləşdirənlər bu adı şəxsi məqsədləri naminə özünüreklam etməyə çalışırlar. AXCP sədri Əli Kərimli bir tərəfdən, AXCP-nin şöbəsi kimi fəaliyyət göstərən və buxovu Ə.Kərimlinin, eləcə də Qərbin əlində olan "Milli Şura"nın sədri Cəmil Həsənli də digər tərəfdən zaman-zaman AXC-nin yaranmasını öz adlarına çıxarmağa cəhdlər göstərirlər.
Əli Kərimlinin yaxasından tutub soruşan yoxdur ki...
Əlbəttə ki, AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin adından öz səmərələri, reklamları, təbliğatlarında sui-istifadə etmələri üçün. Guya bunlar həqiqətən də "Xalq Cəbhəsi" adını "əziz" tutaraq, onun yolunda "ölməyə" hazır olduqlarını göstərirlər – icazəsiz aksiyalar və s. itaətsizliyə çağırışlar fonunda!. Ancaq bu günün özündə də Ə.Kərimlinin yaxasından tutub soruşan yoxdur ki, axı Elçibəyə “liderim” deyib, sonunda hazırkı ətrafınla onun həyatına sui-qəsd edən, xəyanət törədən də sizlərsiniz!
Təbii ki, nə Ə.Kərimlinin, nə də ki, C.Həsənlinin AXC-nin qurulmasında heç bir rolları ümumiyyətlə olmayıb. Əslində AXC-nin AXCP-yə çevrilməsindən sonra Ə.Kərimli başda olmaqla, elə C.Həsənli "Yurd" daxilində bu təşkilatı içdən parçalamağa, dağıtmağa, bölüşdürməyə balşadılar. Daha dəqiq desək, Əbülfəz Elçibəyin oradan uzaqlaşdırılması yönündə planlar qurdular. Məhz indi bunların belə cah-cəlallı, bəh-bəhatlı şəkildə "AXC" deyib, bir qrup kütlə qarşısında guya ki, "səcdəyə" getmələri həqiqətən də ikiüzlülüyün, əqidəsizliyin, ləyaqətsizliyin, ən əsası isə, şərəfsizliyin bariz göstəricisidir.
Cəmil Həsənli sübut etdi ki, o həqiqətən də əqidəsiz, simasız və xain birisidir və ondan heç vaxt insan üçün əhəmiyyət etalon faktoru daşıyan bu amili gözləməyə dəyməz
C.Həsənli Əbülfəz Elçibəyi "lider" adlandırır, az qala cəbhəçiliyi siyasət "allahı" olduğunu dilə gətirir, ancaq o biri tərəfdən də unudur ki, Elçibəyin ölümü ilə bağlı istintaq gedir və hazırda yalmandığı Ə.Kərimli onun ölümündə əsas şübhəli şəxs kimi qalmaqdadır...
Daha bir məsələ isə, C.Həsənlinin özünün də etiraf etdiyi kimi, 2005-ci ilin sonlarına qədər AXCP-nin üzvü olduğunu deməsidir. Guya o, həyatının ən yaxşı illərini də AXCP-də keçirib, "milli", "mənəvi", lakin kimsəyə lazım olmayan bioqrafiyasında cəbhənin xüsusi rolu varıymış və s... Bu zaman sual yaranır ki, əcəba, əgər Cəmil Həsənli AXC-də olarkən, ömrünün ən yaxşı illəri orada keçərkən, nəyə görə həmin təşkilat sıralarını tərk etdi? Hansı səbəbdən "ömrünün ən yaxşı vaxtlarından" imtina edib, oradan uzaqlaşdı? Bu sualın cavabı mandatdır, deputatlıq mandatdı... Bir mandata görə cəbhə sıralarına, Ə.Kərimliyə, eləcə də reklam kimi istifadə etdiyi Ə.Elçibəy ideologiyasına tüpürüb parlamentin iclaslarına qatılan C.Həsənli sübut etdi ki, o həqiqətən də əqidəsiz, simasız və xain birisidir və ondan heç vaxt insan üçün əhəmiyyət etalon faktoru daşıyan bu amili gözləməyə dəyməz. Əlbəttə ki, bunun da sübutu var...
Sübut isə belədir ki, indi də həmin C.Həsənli 2010-cu ildə deputat seçilmədiyinə görə, bir müddət işlədiyi iqtidara sonradan arxasını çevirib, AXCP-yə sarı cumub. Daha öncələr də dediyimiz kimi, tüpürdüyü qazana baş vuraraq, tüpürdüklərini yalamağa başlayıb. Qısası, siyasi yal(t)aqlığını aşkar, bariz şəkildə göstərib. Bax beləcə, növbəti dəfə C.Həsənlinin "kimliyi" sübuta yetirilib. Yəqin ki, artıq şərhə də ehtiyac qalmır. Sadəcə, o günləri ABŞ-da erməni lobbisinin təşkil elədiyi tədbirdə iştirakına görə yazdım...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB