Gənc kadrların dinamizmi bir məcmu təşkil etməlidir

Gənc kadrların dinamizmi bir məcmu təşkil etməlidir

"Əlbəttə ki, aparılan istahalar, xüsusilə də, kadr islahatlarını ancaq dəstəkləmək olar". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Politoloq deyib ki, çünki əgər yeni gənc kadrlar təyin olunursa, deməli bu ümumi islahatların bir tərkib hissəsidir və təbii ki, bu həm sosial, həm iqtisadi-siyasi vəziyyətin daha da inkişaf olunmasına gətirib çıxarmalıdır: "Eyni zamanda dövlət başçımız dediyi kimi bu heç də o demək deyil ki, yaşlı kadrlara qarşı bir kompaniya aparılmalıdır. Çünki burada təcrübəsi olan kadrların və gənclərin dinamizmi bir məcmu təşkil etməlidir və bundan istifadə edib Azərbaycanı daha da inkişat etdirmək lazımdır".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə