Rusiya Ermənistanda yerləşən hərbi bazadan qoşunları çıxara bilər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Moskvalı ekspert Modest Kolerov deyib və Ermənistana xəbərdarlıq edib.
Modest Kolerov qeyd edib ki, Ermənistan hakimiyyətinin siyasi hərəkətləri Rusiyanın sonda qoşunlarını ölkənin ikinci ən böyük şəhərində yerləşən hərbi bazadan çıxarmasına səbəb ola bilər.
Rusiyanın birinci dərəcəli dövlət müşaviri və politoloqu Modest Kolerovun sözlərinə görə, Paşinyan hökumətinin siyasəti bazadan qoşunların çıxarılması ilə nəticələnəcəyini reallaşdırır və bu prosesi sürətləndirir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB