“Müxalifətin bir araya gəlməsi çətin məsələdir” RƏY-ÖZƏL

“Müxalifətin bir araya gəlməsi çətin məsələdir” RƏY-ÖZƏL

"Qarşıdan parlament seçkiləri yaxınlaşır". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, bu seçkilər ərəfəsində ayrı-ayrı siyasi partiyaların hər hansı bir ciddi uğur qazanması sual altındadır: "Belə olan halda da müxalifət tərəfindən blok və qurumların yaradılmasına cəhdlər göstəriləcək. Amma yaradılması planlaşdırılan bloka kimi dəvətə edəcəklər və kim burda iştirak edəcək, bunlar müəmmalıdır. Müəyyən konyektur maraqlara görə bir müddətdə bu birlik mövcud ola bilər. İstər Müsavat, istər AXCP rəhbərliyi bir-birləri haqqında o qədər qurşaqdan aşağı ifadələr işlədiblər ki, bu baxımdan adları çəkilən şəxslərin bir araya gəlməsi çətin məsələdir. Əgər onlar tərəfindən yaradılan bu birlik alınsa bir yerdə ola bilərlər. Amma bu birlik uğursuzluğa düçar olasa, bir-birlərini ittiham edəcəklər. Yəni başlayacaqlar bir-birlərini günahkar çıxarmağa. Digər tərəfdən də birliyin yaradılması xarici qüvvələr tərəfindən verilən növbəti tapşırıqdır ki, gedin birləşin.. Çünki heç kəsə sirr deyil ki, bu gün Azərbaycanı istəməyən və ölkədə qarışıqlıq salmaq istəyən qüvvələr var. Ancaq onların birliyi alınmayacaq" .

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə