"Doqquz nəqliyyat vasitəsindən ibarət Rusiya-Türkiyə karvanı Suriya sərhədində birgə patrul xidmətinə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib. Türkiyənin Milli Müdafiə Nazirliyi isə məlumatı təsdiqləyib.
“1 noyabr 2019-cu il tarixində, saat 12.15-dən etibarən Rusiya hərbi polisi və Türkiyə sərhəd xidmətinin ilk birgə patrulu Suriya-Türkiyə sərhəddində birgə patrul xidmətinə başlayıb. Birgə patrul Rusiya hərbi polisinin Türkiyə sərhəd xidmətinin nümayəndələri ilə görüşdüyü Derbisya gömrük keçid məntəqəsindən başlayıb və Suriya-Türkiyə sərhədinin qərbinə doğru gedəcək”,- deyə məlumatda qeyd olunur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB