“İRƏLİ” İctimai Birliyi “Uğura aparan yol” adlı yeni layihəyə start verib
Bildiyiniz kimi, "İRƏLİ" İctimai Birliyi gənclərin inkişafına yönəlmiş müxtəlif mövzularda görüşlər təşkil edir. Bu görüşlər gənclərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı məqsədini daşıyır.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verilən xəbərə görə, bu istiqamətdə "İRƏLİ" İctimai Birliyi "Uğura aparan yol" adlı yeni layihəyə start verib. Layihə çərçivəsində öz fəaliyyət sahələrində böyük uğura imza atmış insanlarla gənclərin görüşləri keçiriləcəkdir. Əsas məqsəd ekspertlərin öz bilik və təcrübələrini gənclərlə paylaşaraq, onların gələcək fəaliyyətinə stimul vermək, UĞURa aparan yolları müəyyən etməkdir.
"Uğura aparan yol" layihəsi çərçivəsində ilk görüş 7 Mart 2011-ci il tarixində, saat 14:00-da "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında yunan-roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2004-cü il Afinada keçirilən Yay Olimpiya oyunlarının qızıl medalçısı, İkiqat Dünya Çempionu, "Şərəf" ordeni ilə təltif olunan Fərid Mansurov ilə keçiriləcəkdir. Görüş çərçivəsində əsasən gənclərin idmana olan marağının artırılmasına dair məsələlər, onlarda mübariz ruhun yaradılması, çətin və həlledici məqamlarda idmançının psixoloji durumu və digər məsələlər müzakirə olunacaqdır.
Eyni zamanda görüşdə psixoloq, "İdmançının Qələbə Psixologiyası" adlı kitabın müəllifi, professional güləş məktəbinin təsisçisi Kazım Əliyev iştirak edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB