Ankara Türkiyəyə qarşı sanksiyalardan narazılığını ifadə edib

Ankara Türkiyəyə qarşı sanksiyalardan narazılığını ifadə edib

ABŞ səfiri erməni soyqırımı məsələsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb. SİA ABŞ-ın Türkiyədəki səfiri David Satterfieldin Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılmasını Anadolu agentliyinin məlumatına istinadən xəbər verir.

ABŞ səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağrılması barədə Ermənistana məxsus rusarminfo.ru saytı da məlumat yayyıb.

Anadolu agentliyinin verdiyi məlumata görə, Amerika səfirinin Xarici İşlər Nazirliyindəki çağırışı, ABŞ Konqresinin Nümayəndələr Palatasında Osmanlı İmperiyasının guya 1915-ci il Erməni Soyqırımını törətməsi ilə bağlı bir qətnamənin səsverməsi ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, Ankara bu yaxınlarda Vaşinqtonda təsdiqlənən Türkiyəyə qarşı tətbiq olunan sanksiyalardan da narazıdır və bu narazılığı da ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə