Vaşinqton Erməni Soyqırımını yalnız ABŞ hakimiyyəti tərəfindən qəbul edildikdə tanıya bilər ki, bu da inandırıcı deyil. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq mütəxəssisi, politoloq Suren Sarkisyan aysor.am saytına müsahibəsində söyləyib.
Politoloq öz müsahibəsində vurğulayıb ki, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Erməni Soyqırımı barədə söylənilənlər qanun deyil, sadəcə bir bəyanatdır.
"Bu vəziyyətdə ABŞ-ın Erməni Soyqırımını tanıdığını iddia edə bilmərik. Bu ölkə Erməni Soyqırımını yalnız ABŞ hakimiyyəti tərəfindən qəbul edildikdə tanıya bilər ki, bu da inandırıcı deyil", deyə Suren Sarkisyan bildirib.
Onun sözlərinə görə, bütün bu prosedurlardan sonra "soyqırım" sözünü Donald Trump təsdiq etməli, vaxtaşırı gündəmə gətirməlidir ki, buna da ümid etməyə dəyməz.
"ABŞ rəhbərliyinin bu məsələdə açıq bir siyasəti var. "Soyqırım" termini istifadə edilmir, çünki Türkiyənin buna olduqca sərt reaksiya verəcəyini bilir", deyən Suren Sarkisyan erməni soyqırımı ilə bağlı ümidlərin puç olduğunu etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB