Dünyada və Ermənistanda baş verənlərə baxanda dərhal bir şeyin səhv olduğunu, nəyinsə düzgün olmadığı anlaşılır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu İctimai Şuranın sədri Vazgen Manukyan bu gün jurnalistlərlə görüşü zamanı bildirib.
"Dünyada yeni bir vəziyyət yaradılıb və inteqrasiya üçün şərtlər artıq yeni şərtlərlə əvəz olunub. Bütün dövlətlərdə dövlətçilik maraqlarına sadiq olan milli qüvvələr başlarını qaldırıblar", deyə Vazgen Manukyan nəzərə çatdırıb.
Məlumatda qeyd olunur ki, şura sədri bölgədə çox böyük dəyişikliklərin baş verdiyini və Rusiyanın bölgədəki rolunun kəskin şəkildə artdığını da xatırladıb.
"Bu şərtlər əvvəlki vəziyyətlə üst-üstə düşmür, dünya yeni mərhələyə qədəm qoyur. Yeni çağırışlar və yeni imkanlar ortaya çıxdıqca siyasətimizi biz də bu əsasda qurmalı idik", deyə Vazgen Manukyan fikirlərini bildirib.Vazgen Manukyan daxili siyasi inkişafa da toxunub.
Düzünü deyim ki, mən heç vaxt cəmiyyətimizin bu qədər parçalanmış olduğunu görməmişəm. Dəyəsiz insanlar Ermənistan üçün dəyərlər yaratmış insanları təqib edir, onlara qarşı cinayət işi açır, iddia qaldırırlar. Özləri Ermənistan üçün heç bir şey edə biləməyənlər bu dövlət üçün böyük dəyərlər yaratmış insanları təqib edirlər", deyən İctimai Şuranın sədri Paşinyan hakimiyyətini hədəfə alıb və kəskin tənqid atəşinə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB