Binəqədi rayonunda «Nəsimi dühası-650 il» adlı tədbir keçirilib
Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində növbəti təqdimat baş tutub.
Təsdiq edilmiş qrafikə uyğun olaraq 3, 102 və 276 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbin akt zalında keçirilən təqdimatda tam orta məktəb şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və Nəsimiyə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edilib, kompozisiyalar nümayiş etdirilib.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra çıxış edən 3 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova tədbirin hazırlanması haqqında məlumat verib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində və onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir və istedadlı şəxsiyyətdir. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı, nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə, dünya ədəbiyyatına da böyük təsir göstərib. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin «Nəsimi İli» elan edilməsi haqqında Sərəncam imzalanması təsadüfi deyil. «Nəsimi ili» çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən, Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir. R.Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğur arzulayıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB