“Ermənistan xarici işlər naziri tərbiyəsizdir” RƏY-ÖZƏL

“Ermənistan xarici işlər naziri tərbiyəsizdir” RƏY-ÖZƏL

"Ermənistan xarici işlər nazirliyinin rəhbərliyi, ümumilik də, hakim rejim siyasət qanmır və siyasəti başa düşmürlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, onlar anlamırlar ki, beynəlxalq hüquq normalarında dövlətlərin ərazi bütövlüyü BMT-nin qətnamələrində, bütün beynəlxalq təşkilatların qərarlarında təsdiq olunur ki, dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır, güc yolu ilə onları dəyişdirmək mümkün deyil: "Yəni burda beynəlxalq normaları pozmaq yoverilməzdir. Ermənistan xarici işlər naziri siyasətdən uzaqdır, elə bu da Paşinyanın bir tayıdır, ona görə də, bu cür bəyanatlar verir. BMT-nin əsas qətnamələrində də, əsasnaməsində də, dövlətlərin süverenliyinin pozulması yolverilməzdir. Qoşulma Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü təmin olunmasının vacibliyini bəyan etdilər. Ermənistan xarici işlər naziri təhqir yolu ilə danışırsa deməli o tərbiyəsizdir və onun tərbiyəsi yoxdur. Həm də bu beynəlxalq etik normalara zidd olan bir şeydir. Dövlət rəhbəri, dövlət siyasətində olanlar heç vaxtı təhqiramiz ifadələrlə danışmırlar. Yəni onlar siyasi yol ilə danışırlar, reallıqla danışırlar, beynəlxalq normaları əsasında onlar çıxış edirlər. Bu prinsiplərin Ermənistan rəhbərliyində olmaması onların küçədən hakimiyyətə gəlmələri ilə bağlıdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə