"Azərbaycanın özünü tanıtmaq imkanları genişlənəcək" ÖZƏL -MÜNASİBƏT
"Qoşulmama Hərəkatı üzv dövlətlərin sayına görə dünyada ikinci təşkilatdır. Amma bu təşkilata sədrin seçilməsinə verilən səslərin sayına görə isə dünyada birincidir. Çünki, BMT dünyada ən böyük təşkilat olmasına baxmayaraq Təhlükəsizlik Şurasına sədr seçilməsi üçün Şuranın üzvlərinin səsləri ilə seçilir. Qoşulmama Hərəkattına isə 119 ölkənin yekdil səsi ilə 3 ilə Azərbaycan sədr seçilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
"Təbii ki, bu təşkilata üzv ölkələrin hamısı bir-biri ilə yaxşı yola getmirlər. Müəyyən ölkələr arasında ziddiyyətlər, fikir ayrılıqları mövcuddur. Lakin heç nəyə baxılmadan hamılıqla Azərbaycanı dəstəklədilər. Bu onu deməyimizə imkan verir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasətimiz uğurludur, dünya ölkələri ilə dost ola bilmişik və dünya ölkələri Azəırbaycana etimad göstərirlər. Bunu bir mənalı olaraq uğurumuz kimi qeyd edə bilərəm. Təşkilata sədrlik bizə nə verəcək sualına isə cavab olaraq bildirmək istəyirəm ki, işğal olunmuş torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində sülh yolu ilə həll olunmasına və ya müharibə yolu ilə azad etsək dünya ictimaiyyətinin Azərbaycanı dəstəkləyəcəyinə inamı artırır. Digər tərəfdən biz ölkəmizi dünyada tanıtmaq imkanını əldə etmiş oluruq. Bu, bir tərəfdən turizmin inkişafına, digər tərəfdən isə yeni iqtisadi əlaqələrin yaradəılmasına bir töhfədir. Azərbaycanın sədrlik edəcəyi 3 il ərzində özünü tanıtmaq imkanları genişlənəcək"-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB