Deputatlar maaş artımında Paşinyanın ədalətsiz davrandığı qənaətindədirlər
Ermənistanda artıq deputatlar da maaşların artırılmasını istəyirlər. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazır.
Qəzet yazır ki, digər deputatlar da maaşlarının artırılmasını, öz əmək haqqlarının məbləğinin nazirlərin və nazir müavinlərinin maaşlarına bərabər olmasını istəyirlər. Məlumatda qeyd olunur ki, Paşinyana yaxın olan nazirlərin və nazir müavinlərinin əmək haqqlarının son artımına qədər deputatların maaşları baş nazirə yaxın sayılan nazir müavinlərinin, komissiya sədrinin, nazirlərin maaşlarına bərabər olub. İndi onlar arasında fərq iki dəfədən çox artıb. Baxmayaraq ki, deputatlar son bir neçə ay ərzində 140 min dram mükafat alıblar, yenə də onların qazancı Paşinyanın yaxın ətrafının qazancından dəfələrlə aşağıdır. Məhz bu səbəbə görə də Ermənistan Parlamentinin deputatları qanunvericilərə icraçılardan çox az maaş verilməsini ədalətsizlik və qanunsuzluq hesab edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB