Xarici sərmayə Ermənistanda 38 milyarddan 7,8-ə düşüb. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Mixail Melkumyan deyib.
Onun sözlərinə görə, real sektora birbaşa xarici sərmayə 38 milyard dramdan 7,8 milyard drama qədər azalıb. Məlumatda qeyd olunur ki, deputat bu azalmadan narahat olduğunu da gizlətmir. Erməni deputat etiraf edir ki, investisiya azalması gözlənilən inqilabi gözləntilərin doğrulamadığını sübut edir. Mixail Melkumyan heç bir inqlabi dəyişiklərdən söhbət belə gedə bilmədiyini də dilə gətirib və qeyd edib ki, Ermənistanda inqlabi dəyişiklik yoxdur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB