“Zirvə Görüşünün Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır” RƏY-ÖZƏL

“Zirvə Görüşünün Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır” RƏY-ÖZƏL

"Bu gün bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakıdadır". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilir. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ən böyük təşkilatdır. Yəni dünya üzrə ikinci yerdədir: "Bu gün Bakımıza 60-dan çox dövlət və hökumət başçıları gəlir və bu tədbirdə iştirak edirlər. 160-a yaxın ölkədən nümayəndə heyəti qoşulur, 2 minə yaxın nümayəndənin iştirakı gözlənilir. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşün Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyəti var. Çünki 3 ilə ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir və sədrlik dövründə həm dünyada beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafı istiqamətində öz töhfəmizi verəcəyik, həm də ki, ölkəmizin uzun illərdir narahat edən və torpaqlarımızı işğal altında qalması ilə bağlı probleminizi mütəmadi olaraq dünyanın gündəliyinə çıxarmaq imkanı əldə etmiş oluruq. Qoşulmama Hərəkatı təşkilatının üzv ölkələri həm də BMT-nin üzvləridir. Bu məsələnin BMT-nin qəbul etdiyi ərazi bütövlüyü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsi ilə bağlı qətnamələr həll olunmaması ilə bağlı bizim narahatçılığımızı bu tədbirin zirvə toplantısında biz qaldırmaq imkanı əldə etmiş oluruq. Sədrlik etdiyimiz illər ərzində də mütəmadi olaraq, dünya ictimaiyyətinin diqqətinə bu problemimizi çatdıra biləcəyik. Bununla bağlı yanaşı həm də, dünyanın diqqətinin Bakıda olmağı və Bakı kimi sabit bir məkanın dünya tərəfindən bu təşkilata sədrlik üçün seçilməsi və zirvə toplantısının keçirilməsi təbii ki, turzim potensialımızın reallaşdırma imkanları da əldə etmiş oluruq və dünyaya ölkəmizi tanıdırıq. Bu da turzim potensialımızın inkişafında öz töhfəsini verəcəkdir. Qoşulmama Hərəkatı ölkələri Azərbaycana təşrif buyururlar və bu gün Azərbaycan inkişafının və Azərbaycan iqtisadi potensialına yaxından tanış olurlar. Yəni bu gələn şəxslər, dövlət başçıları, hökumət rəhbərləridirlər. Bundan sonra iqtisadi əməkdaşlıq imkanlarının genişləndirməsi baxımından Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşün Bakıda keçirilməsinin böyük əhəmiyyət olacağına da hesab edirəm. Həm də Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşün Azərbaycanda keçirilməsi Azərbaycanda siyasi sabitliyin təmin olunmasının göstəricisi kimi hesab etmək olar və bütün dünyanın Azərbaycana etdiyi etibar və etimad kimi də qeyd etmək olar. Ümumiyyətlə, həm ölkəmiz, həm də dünya üçün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün keçirilməsinin böyük əhəmiyyəti olacağını düşünürəm".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə