"Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir” RƏY-ÖZƏL

"Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir” RƏY-ÖZƏL

"BMT-dən sonra dünyada ən böyük beynəlxalq təşkilat sayılan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu amil beynəlxalq aləmdə gündən-günə artan nüfuzumuzdan xəbər verir: "160-a yaxın ölkənin nümayəndələrinin, dövlət başçılarının, nazirlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin qatıldığı bu görüşdə bəşəriyyəti narahat edən bir çox məsələlər müzakirə olunacaq, təhlükəsizliyin, əmin-amanlığın, əməkdaşlığın möhkəmləndirilməsi, müharibələrin qarşı-durmaların aradan qaldırılması, insan həyatını yaxşılaşdırılması üçün dəyərli təkliflər irəli sürüləcək və qərarlar qəbul ediləcəkdir. Sözsüz ki, Qarabağ məsələsi də zirvə görüşünün əsas mövzularından biri olacaq və Azərbaycan həqiqətlərinin müdafiə olunmasına lazımı dəstək veriləcəkdir. Çünki BMT kimi bu təşkilatda ölkəmizin ərazi bütövlüyünün tərəfdarıdır və hər zaman Azərbaycanın sülhsevər siyasətinə dəstək verir. Digər tərəfdən Azərbaycanın bu hərəkata növbəti üç il ərzində sədrlik etməsi ölkəmizin bir çox dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasına zəmin yaradacaq, sülhsevər mövqeyimizi bir daha ortaya qoyacaq, ölkələr arasından nüfuzumuzu artıracaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə