Ombudsman Aparatı Babayanın həbsinə görə açıqlama tələb edir

Ombudsman Aparatı Babayanın həbsinə görə açıqlama tələb edir

Bu gün Ombudsman Aparatının nümayəndələrinin həbsdə olan Milli Məclis aparatı rəhbərinin keçmiş müavini Arsen Babayana baş çəkəcəkləri gözlənilir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, aysor.am saytının əməkdaşı İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyanın özünün şəxsən Arsen Babayana baş çəkəcəyi, yoxsa Ombudsman Aparatının nümayəndələrini onun yanına göndərəcəyi barədə sual verib.

Ombudsman Aparatından bildirilib ki, Ermənistanın Ombudsmanı Arsen Babayanın tutulduğu gün Xüsusi İstintaq Xidmətinə açıqlama tələbi ilə məktub göndərib. Nəzərə çatdırılıb ki, cavab artıq alınsa da hələ araşdırılmaqdadır.
Xatırladaq ki, dünən İrəvanın ümumi yurisdiksiya məhkəməsi Xüsusi İstintaq Xidmətinin tələbini təmin edib və Ermənistan parlamenti aparat rəhbərinin keçmiş müavini Arsen Babayanın həbs edilməsi barədə qərar qəbul edib. Eyni zamanda məhkəmə Arsen Babyanın həbsini qanunsuz elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə