Cinayət və cinayətkarlıq Ermənistanda dinamik şəkildə artır

Cinayət və cinayətkarlıq Ermənistanda dinamik şəkildə artır

2019-cu ilin 9 ayı ərzində Ermənistanda qeydə alınan cinayətlərin ümumi sayı 6,7% və ya 1,192 sayda artıb. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu statistikalar, bu günlərdə keçirilən polis kollegiyasının geniş iclasında bəyan edilib.

Məlumata görə, iclasda xüsusilə qeyd olunub ki, oğurluq, ağır cinayətlər və yol hərəkəti qaydalarının pozulması hallarının sayı artıb. Həmçinin nəzərə çatdırılıb ki, bu nisbətdə nəzərəçarpacaq dərəcədə artım mülkiyyət əleyhinə cinayətlərdə qeydə alınıb və bu tip çinayətlərin 45,9% -dən 50,6% -ə qədər artdığı diqqətə çatdırılıb.
Polis orqanlarının 2019-cu ilin 9 ayı ərzində həyata keçirdiyi əməliyyat fəaliyyətinin yekunları da açıqlanıb. Açıqlamalara görə müraciət edənlərin sayı da ötən ilin analoji dövrü ilə müqaisədə əhəmiyyətli dərəcədə, daha dəqiq desək, 20,1 faiz artıb. Polisin dediyinə görə, cinayət hallarının artmasına həm də ötən ildən vəziyyətin dəyişməsi, özbaşınalığın artması, xaos, ölkədəki durum səbəb ola bilər.
Hüquq müdafiəçisi Janna Aleksanyan tamamilə fərqli fikirlə çıxış edib və o bildirib ki, hər gün yeni bir cinayət haqqında eşidir. O, xatırladıb ki, polis öz işlərində nöqsanları, qüsurları axtarmalı, tapmalıdır. Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, sistemdəki zorakılıq, çatışmazlıqlar hələ də davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə