Azərbaycanın Bosniya və Herseqovinada diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb
Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.
SİA-nın xəbərinə görə, paytaxt Sarayevoda təşkil olunan rəsmi açılış mərasimində Azərbaycanın iqamətgahı Buxarestdə olmaqla Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov çıxış edib. Diplomat Azərbaycanın Qərbi Balkan ölkələri, o cümlədən Bosniya və Herseqovina ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamış, Sarayevoda dövlətimizin diplomatik nümayəndəliyinin açılmasının bunun sübutu olduğunu qeyd edib. E.Həsənov diplomatik missiyanın fəaliyyətə başlamasının xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, hələ Sovet İttifaqı dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən Bakı və Sarayevo arasında qardaşlaşmış şəhərlər əlaqələri mövcuddur. Bununla əlaqədar olaraq, açılış mərasimindən sonra tədbir iştirakçıları Sarayevodakı Bakı küçəsi ilə tanış olublar.
Mərasimdə Bosniya və Herseqovinanın hər üç xalqını təmsil edən dövlət, hökumət və parlament üzvləri, siyasi partiyaların, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Hər iki dövlətin himnlərinin sədaları altında diplomatik nümayəndəliyin üzərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB