“Dövlətimizin düşmənləri təxribatdan, hiylədən və məkrdən bəhrələnir” RƏY-ÖZƏL

"“Milli Şura” adlanan qurumun oktyabrın 19-da Bakı şəhərində icazəsiz aksiya keçirməyə cəhd göstərərək təxribat törətməsinin arxasında onların havadarlarının sifarişini yerinə yetirməsinə xidmət edirdi". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, əlaqədar dövlət orqanlarının bununla bağlı əvvəlcədən etdiyi xəbərdarlığa əhəmiyyət verməyən bu insanlar öz niyyətlərini həyata keçirməyə cəhd etməyə çalışsalar da bunun qarşısı yüksək peşəkarlıqla alındı: "Qanunun tələblərinə uyğun addımlar atılaraq təxribatın qarşısı alındı. Məqsəd aydın idi siyasi mübarizədə xalqın dəstəyindən məhrum olan ötən 26 ildə öz nüfuzunu itirən AXCP gündəmi saxlamaq, vücudlarını qorumaq, aldıqları maliyyə yardımlarının hesabatlarını bağlamaq naminə ölkədə ictimai-siyasi sabitliyi zorla pozmağa çalışaraq bu tip qanunsuz aksiyalar keçirməyi planlaşdırırlar. Lakin onların bu planları elə düşünüldüyü andan iflasa məhkumdur. Xalqın əksəriyyətinin dəstəyindən məhrum olan bu qurum eyni zamanda unudur ki, bu gün Azərbaycan dövləti güclüdür, onun rəhbərini daxili və Beynəlxalq nüfuzu çox yüksəkdir. Bunu artıq dünyanın ən aparıcı beyin mərkəzlərinin reytinq cədvəllərində biz görürük. Azərbaycan bu gün dünyada stabil və yüksək templə inkişaf edən bir ölkədir. Eyni zamanda Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı bir ölkə imicini qazanmışdır. - Xalqımız təxribata qarşı dövlətin yanında yer almalı buna qarşı sərt fikrin bildirməlidir. Nəzərə almaq lazımdır ki, dövlətimizin düşmənləri təxribatdan, hiylədən və məkrdən bəhrələnir. Bu baxımdan bizlər daim diqqətli olmalıyıq. Vətəndaş cəmiyyəti nümayəndələri, KİV-lər bu istiqamətdə fəaliyyətini artırmalıdır. Sosial şəbəkələrdə şüar, reklam xarakterli fikirlər bildirməklə vəzifəmizi bitmiş hesab etməməliyik. Cənab prezidentimizin başladığı islahatların mahiyyətindən çıxış etməli onu xalqın rifahına hesablanmış siyasətini xalqa çatdırmalıyıq. Bəzi məmurlarımız da cənab prezidentin də qeyd etdiyi kimi xalqın qulluqçusu olduqların bir daha yada salmalı pis əməllərdən çəkinməlidirlər. Nəzərə almaq lazımdır ki, bu qüvvələr istənilən bir səhvi, diqqətsizliyi şişirdərək şouya çevirirlər. Qətiyyən buna yol vermək olmaz".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə