Məleykə Abbaszadə: “Ağsu, Daşkəsən, Xaçmaz, Füzuli rayonlarının təhsil sistemində fövqəladə vəziyyət elan etmək lazımdır”
Apreldə sınaq imtahanlarını keçirdikdən sonra deyə bilərik ki, bu ilki məzunların səviyyəsi necədir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, komissiya tərəfindən ballar aşağı düşmür. Onun sözlərinə görə, həmişə çalışırıq ki, ali məktəblərdə təhsil ala biləcək uşaqları universitetlərə göndərək. İmtahanın bilik yarışı olduğunu deyən TQDK sədri qeyd edib ki, heç zaman elmdə pay, imtahanda isə güzəşt olmaz.
Daha sonra M.Abbaszadə vurğulayıb ki, Ağsu, Daşkəsən, Xaçmaz, Füzuli rayonlarının təhsil sistemində fövqəladə vəziyyət elan etmək lazımdır: "Füzuli rayonunun yarısı işğal olunsa da, bu rayon üzrə də nəticələr digər işğal olunmuş rayonlarla müqayisədə qəbul göstəricilərinə görə çox aşağıdır. Valideynlərin ixtisas seçiminə təsiri də bu göstəricilərdə rol oynayır. Valideynlər övladlarını ödənişli əsaslarla təhsil almasını istədikdə qəbul faizi artır. İmtahanlarda 400 bal toplayan qızlar kolleclərdə təhsillərini davam etdirməyə üstünlük verir, nəinki ali məktəblərdə ödənişli təhsilə. Azərbaycanda valideynlər ödənişli ali təhsili ancaq oğlan övladlarına verməyə üstünlük verirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB