Fəal həyat tərzinin formalaşdırılması, təşkilatçılıq və idarəetmənin əsas sirlərinin mənimsənilməsi, cəmiyyətin davamlı və yaradıcı inkişafa doğru yönəlməsini artıq məktəb dövründən həyata keçirmək mümkündür. Buna istinad edərək "İrəli" İctimai Birliyi "Məktəb Parlamenti" layihəsinə start verir.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, yetişməkdə olan gənc nəsildə qeyd olunan bütün bu keyfiyyətlərin 9-11-ci siniflərdən formalaşdırılması bu layihənin əsas məqsədidir. Bu parlamentin yaradılması məktəblilərin hərtərəfli inkişafına, dünya görüşünün formalaşması və təşəbbüskarlığın artmasına müsbət təsir göstərəcəkdir.
Arzularının daha müstəqil şəkildə ifadə edilməsi ilə bağlı məktəblilərin irəli sürdükləri ideya və fikirləri dövlət rəsmilərinə və cəmiyyətin digər təbəqələrinə çatdırılması ilə nəsillərarası dialoq inkişaf etdiriləcəkdir. "Məktəb Parlamenti" layihəsinin məzun olduqları təhsil ocağında yaradılmasını və fəaliyyət göstərməsini istəyən gənc fəallar məktəbin adı və ya nömrəsini, həmçinin öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix 10 mart 2011-ci il tarixidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB