Bu gün Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və İnternational Alert beynəlxalq qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə "Kipr və Şimali İrlandiya münaqişələri timsalında silahlı münaqişədən sonra sülh quruculuğu və birgəyaşayış təcrübəsi" mövzusunda qapalı dəyirmi masa keçirilib.
SAM-dan SİA-ya verilən məlumata görə, müzakirələr zamanı sülhməramlı danışıqlar prosesinə cəlb olunan bir sıra siyasi xadimlər və ekspertlər Kipr və Şimali İrlandiyadakı münaqişələrin həllinə yönəlmiş, iştirakçıları olduqları danışıqlar barədə təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Beynəlxalq və yerli ekspertlər sülh proseslərinə öz töhfəsini vermiş bir sıra faktorları önə çəkməyə çalışıblar. Razılaşmanın əldə olunması üçün vacib olan əsas amillər, vətəndaş cəmiyyətinin və medianın sülhün əldə edilməsində rolunun gücləndirilməsi, münaqişələr zamanı düzgün informasiya siyasətinin qurulması və digər bu kimi məsələlər görüşdə əsas müzakirə mövzusu olub.
Beynəlxalq nümayəndə heyətinə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin aparat rəhbəri, Şimali İrlandiya ilə danışıqlarda baş elçi Conatan Pauel, 1996-98-ci illər ərzində Belfast sülh danışıqlarına rəhbərlik etmiş baş elçi, Şimali İrlandiyanın nüfuzlu siyasətçilərdən olan Şon Farren, 2003-cü ildə Avropa Birliyində Kipr məsələsinin həlli üzrə əlaqələndiricisi, müstəqil siyasətçi Takis Hacidemetrio, Şimali Kipr Türk Respublikasındakı Türk Partiyasının baş katibi, 2007- 2010-cu illər ərzində Şimali Kiprin keçmiş prezidenti Metmet Əli Tələtın xüsusi nümayəndəsi olmuş Kutlay Erk və digər tanınmış siyasətçilər və ekspertlər daxildirlər.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, XİN və digər dövlət strukturlarının məsul əməkdaşları, Azərbaycan Diplomatik Akademiyası və SAM-ın ekspertləri, Dağlıq Qarabağın Azərbaycanlı İcması, həmçinin qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB